“Tottenhem” onu da Londona gətirəcək – Mourinyoya görə

Baş məşqçi postunu Joze Mourinyoya tapşıran “Tottenhem” idman direktorunu da dəyişmək niyyətindədir.

Komanda.az xəbər verir ki, London təmsilçisi bu vəzifəyə “Lill”dən Luis Kamposu gətirmək istəyir. Bu barədə “Sky Sports” məlumat yayıb. Mourinyonun da Kamposla yaxın əlaqələri var. Portuqaliyalı mütəxəssis də yaxın dostunun Londona gəlməsini istəyir.

Mourinyo işsiz olduğu müddətdə bir neçə dəfə Kamposun dəvəti ilə Fransaya gedərək, “Lill”in oyunlarını stadiondan izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button