“Baş məşqçinin mənə güvənə biləcəyini göstərməyə davam edəcəm” – Nazarov

Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan “Ersgebirge”nin şərəfini qoruyan Azərbaycan millisinin üzvü Dmitri Nazarov çempionatın 8-ci turunda keçirilən “Darmştadt”la oyundan sonra açıqlama verib.

Komanda.az “Tag24”-ə istinadən xəbər verir ki, 3:0 hesabı ilə qalib gəldikləri oyunda “Ersgebirge”nin 3-cü qolunu vuran Nazarov bunları deyib:

“Sərfəli nəticə əldə etdik. Dörd oyundur qələbə qazanmadığımız üçün bu qalibiyyət bizim üçün vacib idi. Üstəlik doğma meydanda qələbə qazandıq. Qol vurmağım özümə güvənimi artırır. Təbii ki, oyunun son dəqiqələrində meydana daxil olmaqdan məmnun deyiləm. Qısa müddətdə çox az iş görə bilərsiz. Baş məşqçinin mənə güvənə biləcəyini göstərməyə davam edəcəm”.

8 turdan sonra 12 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.