“Bu məğlubiyyətin günahkarı o deyil” – “Barselona”nın prezidenti

İspaniya kubokunun final matçında “Valensiya”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın prezidenti Xosep Maria Bartomeu açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Valensiya”nı qələbə münasibətiylə təbrik edən klub rəhbəri, baş məşqçi Ernesto Valverde haqqında da danışıb:

“Valverdenin klubla müqaviləsi var. Bu məğlubiyyətin günahkarı o deyil. Əhəmiyyətli epizodlar yaratdıq, amma “Valensiya” daha çox qol vurdu. Mükəmməl bir mövsüm keçirmədik, amma uğursuz da deyilik. Sadəcə iki oyunda məğlub olduq, “Enfild Roud”da və burda.

Üstəlik, bu qələbəyə görə “Valensiya”nı təbrik etməyimiz lazımdır. Onlar kuboku qazanmağa layiq idilər. Bura qədər gələn və bizə dəstək olan azarkeşlərimizə də təşəkkür etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button