“Barselona”ya transferim rəsmiləşəndə…” – Qrizmann

İspaniyanın “Barselona” klubunun “Atletiko”dan heyətinə qatdığı Antuan Qrizmann açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, Kataloniya klubuna transfer olunarkən yaşadığı hisslər haqqında danışıb:

“Barselona”ya transferim rəsmiləşəndə, atamı çağırdım və ağlamağa başladım. Bu, mənim üçün çox özəl bir an idi. Burda çox yaxşı qarşılandım. Futbolçular, məşqçilər heyəti, həkimlər mənə çox yaxşı davranırlar. Hazırda burda olduğum üçün çox xoşbəxtəm”.

28 yaşlı hücumçu, “Atletiko” ilə oyunlarda azarkeşlərin sərt reaksiyasını gözlədiyini deyib:

“Mənə sərt reaksiya göstərəcəklərini bilirəm. Bu, futbolun bir parçasıdır. O azarkeşlər məni sevirdi və komandadan ayrılarkən, təəssüfləndilər. Amma klub və azarkeşlər hər zaman qəlbimdə olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button