İtaliyanın iki klubu da istəyir – “Barselona”nın hədəfindəki futbolçunu

“Lion”un futbolçusu Memfis Depay daha iki klubun maraq dairəsindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Yuventus” və “Roma”nın da hədəfindədir. Hər iki klubun qış transfer pəncərəsi dövründə Depay üçün hərəkətə keçəcəyi deyilir.

Depay üçün əsas namizədin “Barselona” olduğu bildirilir. Kataloniya klubunun “Lion”la danışıqlar apardığı deyilir. Lakin son xəbərlərə görə, maliyyə problemləri yaşayan “Barselona”nın Depayı qışda almaqdan imtina etdiyi də söylənilir.

2017-ci ildən “Lion”da çıxış edən Depayın müqaviləsi cari mövsümün sonunda başa çatır.