“Barselona”ya qayıtmaq istərdim, ancaq…” – İnyesta

Karyerasını Yaponiyanın “Vissel Kobe” klubunda davam etdirən Andres İnyesta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, yenidən “Barselona”ya qayıtmaq istədiyini deyib:

“Barselona”ya qayıtmaq istərdim, ancaq gələcəkdə nələr olacaq, bilmirəm. Uzunmüddətli planlar qurmaq çətindir. Geri qayıtmaq imkanımın olmasını istərdim. Beləliklə orda öyrəndiklərimi başqalarına da öyrədə bilərəm.

“Barselona”dan ayrılmağa qərar verdim. Çünki bu komandaya hər şeyimi vermişdim. Xəyallarımı və hədəflərimi dəyişmək istədim. Çempionlar Liqasını daha çox qazanmaq istərdim. Ancaq insanların qazandıqlarıyla da qürur duymaları lazımdır. Karyeramdan məmnunam”.

2002-2018-ci illər aralığında “Barselona” formasını geyinən İnyesta, 2018-ci ilin yayında “Vissel Kobe”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button