“Barselona”ya keçidi gözlənilən Levandovski ilə görüşdü – Xavi

“Bayern”in hücumçusu Robert Levandovski İbizada “Barselona”nın baş məşqçisi Xavi ilə görüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Levandovski və Xavi daha çox ailələri və məzuniyyət barədə danışsa da, ayrılarkən polşalı hücumçu ispan məşqçiyə “Mən sizinlə işləməyi çox istəyirəm” deyib.

Levandovski daha əvvəl “Bayern”dəki zamanının bitdiyini və bu yay klubu tərk etmək niyyətində olduğunu demişdi.

33 yaşlı polşalı futbolçu üçün “Barselona”nın prioritet variant olduğu bildirilir.

Levandovski 2021/2022 mövsümündə “Bayern”in heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button