“Barselona”ya hakimlərin ucbatından məğlub olduq” – Emeri

PSJ-nin sabiq baş məşqçisi Unay Emeri Paris klubundakı karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, 2017-ci ildə Çempionlar Liqasında “Barselona” ilə oyun (1:6) haqqında danışıb:

“PSJ-də bir çox uğurlar qazanmışdıq, amma təbii ki, ən vacib hədəf hər zaman Çempionlar Liqası olmuşdu. İlk oyunda (4:0) “Barselona”ya qarşı yüksək səviyyəli oyun göstərdik, amma cavab oyununda videotəkrar sistemi (VAR) olmadığı üçün mübarizəni dayandırdıq. “Barselona”ya hakimlərin ucbatından məğlub olduq.

Klub prezidenti Naser Əl-Xələfi hər zaman mənə dəstək oldu. Neymarın transferi ərəfəsində oyunu onun ətrafında quracağımızı mən demişdim. Onun kimi yüksək səviyyəli bir futbolçuya komandaya uyğunlaşması lazım olduğunu deyə bilməzsiz. Belə olsaydı, Neymar komandaya gəlməzdi. Prezident və idarəçilər futbolçuyla müqaviləni müzakirə edirlər, amma futbolçunu oyun planına razı salmaq məşqçinin işidir”.

Emeri son olaraq “Arsenal”ı çalışdırıb.