Koutinyo növbəti dəfə əməliyyat olundu – mövsümü bitirə bilər

“Barselona”nın zədəli futbolçusu Filippe Koutinyo növbəti dəfə əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi Braziliyada klubun həkimi Rodriqo Lasmarın nəzarəti altında uğurla əməliyyat olunub. Koutinyo zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Barselona” ilə 14 oyunda 3 qol vurub.