“Barselona”da Fati sevinci

“Barselona”nın zədəli futbolçusu Ansu Fati sağalıb.

Komanda.az xəbər verir ki, 18 yaşlı hücumçu artıq məşqlərə başlayıb. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Fati, komandanın baş məşqçisi Ronald Kumanın şans verəcəyi təqdirdə, La Liqanın 6-cı turunun “Levante” ilə oyununda iştirak edə bilər.

Fati ötən ilin noyabrından zədəli idi.