“Barselona” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Neto zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Napoli” ilə keçirilən yoxlama oyunu öncəsi (4:0) zədələnən Netonun minimum 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
“Barselona” Netonu bu yay “Valensiya”dan transfer etmişdi.