“Barselona”nın yeni transferi nömrə seçimini etdi

“Barselona”nın yeni transferi Serjinyo Dest forma nömrəsi seçimini edib.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Kataloniya klubunda “2” nömrəli forma ilə çıxış edəcək.

Bunadək 2 nömrəli formanı Nelson Semedo geyinirdi. Onun karyerasını başqa komandada davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Dest La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. ABŞ yığmasının üzvü Niderlandın “Ayaks” klubundan 26 milyon avroya transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button