“Barselona” Pyaniçlə neçə illik müqavilə bağlayacaq?

“Barselona”nın “Yuventus”un futbolçusu Miralem Pyaniçlə razılıq əldə etdiyini xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflərin anlaşmasının detalları məlum olub. Katalonlar 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə üçün razılıq əldə edib. Tərəflərin bütün məsələlərdə anlaşdıqları və mövsümün sonunda Pyaniçin heyətə qatılacağı bildirilir.

Hazırda “Barselona” Turin klubu ilə təzminat məbləği ilə bağlı danışıqlar aparır. “Yuventus”un qarşı tərəfdən 60 milyon avro tələb etdiyi bildirilir.

Daha əvvəl katalonların Artur, İvan Rakitiç, Arturo Vidal, Nelson Semedo kimi futbolçuları danışıqlara daxil etdiyi deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button