“Barselona”nın yeni hədəfi – portuqaliyalı futbolçu

“Mançester Yunayted”in futbolçusu Dioqo Dalot karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Barselona” hazırda icarə əsasında “Milan”da çıxış edən futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, katalonlar 21 yaşlı futbolçunun transfer hüquqlarını almaq niyyətindədir. Bunun üçün ispanlar qarşı tərəfə 11 milyon avroluq təklif göndərəcək.

Portuqaliyalı futbolçunun “Milan”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. Onun “Mançester Yunayted”lə müqaviləsi isə 2023-cü ilin yayında başa çatacaq.