“Barselona”nın superkubok heyəti – 3 itki var

“Barselona”nın Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya superkuboku üçün iştirak ərizəsi müəyyənləşib.

Komanda.az xəbər veirir ki, heyətdə zədəli futbolçular – Mark-Andre ter Ştegen, Artur və Osman Dembele yer almayıb.

Superkubok oyunlarında baş məşqçi Ernesto Valverdenin ixtiyarında 24 futbolçu olacaq.

Qapıçılar: Neto, İnyaki Penya, Arnau Tenas;

Müdafiəçilər: Nelson Semedo, Xerard Pike, Jan-Kleyr Todibo, Klemen Lanqle, Jordi Alba, Samuel Umtiti, Junior Firpo, Mussa Vaqe, Ronald Arauxo;

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Frenki de Yonq, Arturo Vidal, Riki Puç, Aleks Kolyado;

Hücumçular: Karles Peres, Ansu Fati, Luis Suares, Lionel Messi, Antuan Qrizmann.

Qeyd edək ki, “Barselona” İspaniya superkubokunun yarımfinalında yanvarın 9-da “Atletiko” ilə qarşılaşacaq.