“Barselona”nın satmaq istədiyi futbolçu qərarını verdi

“Barselona”nın yay transfer pəncərəsi dövründə satmağı planlaşdırdığı Samuel Umtiti gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, bütün transfer təkliflərini rədd etməyi və “Barselona”da qalmağı qərara alıb.

Fransalı futbolçunu satmaqda qərarlı olan katalonların, bu qərardan sonra onunla yenidən görüşəcəkləri bildirilir.

İngiltərə mətbuatı Umtiti ilə “Arsenal” və “Mançester Yunayted”in maraqlandığını iddia edir.

Umtitinin “Barselona” ilə müqaviləsinin müddəti 2023-cü ilin iyun ayınadək nəzərdə tutulub.