“Barselona”nın sabiq üzvü baş məşqçi təyin olundu

Argentinanın Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Qabriel Militonun yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Argentinanın “Argentinos Juniors” klubuna baş məşqçi təyin olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Milito yeni klubu ilə 2.5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Militonun son iş yeri “Estudiantes” olub. O, daha öncə “İndependyente” və “O’Higgins” klublarında da baş məşqçi işləyib.