“Barselona”nın sabiq məşqçisi vəfat etdi

“Barselona”nın sabiq məşqçisi Toni Bryuins vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssis 74 yaşında vəfat edib. Bryuinsin ölüm səbəbi açıqlanmayıb.

Bryuins məşqçi karyerasında ölkəsində “Ayaks”, PSV, “Alkmaar”, Portuqaliyada “Benfika”, İspaniyada “Barselona” və “Valensiya” kimi klublarda məşqçilik edib. Bryuins 1988-1996-cı illərdə “Barselona”da Yohan Kroyffun köməkçisi olub.