Turenin yeni klubu bilindi

“Barselona”nın sabiq futbolçusu Yaya Ture karyerasını Çində davam etdirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Tsindao Haynyu” klubu ilə razılıq əldə edib. Ture, 2-ci Liqa təmsilçisi ilə sözləşmə imzalamaq üçün Çinə yollanıb.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi, 2018-ci ilin dekabrından klubsuzdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button