Viktor Valdes İspaniya klubunda – rəsmi

“Barselona”nın sabiq futbolçusu Viktor Valdesin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, keçmiş qapıçı İspaniyanın “Horta” klubuna baş məşqçi təyin olunub. Bu barədə 4-cü liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Valdes, son olaraq “Barselona”nın U-19 komandasına baş məşqçilik edirdi. O, ötən ilin yayında Kataloniya təmsilçisindən ayrılıb.

Valdes 2002-2014-cü illər aralığında “Barselona”da oynayıb. O, yetirməsi olduğu klubdan ayrıldıqdan sonra “Mançester Yunayted”, “Standard” və “Midlsbro”da da forma geyinib.