“Barselona”nın sabiq futbolçusu Avropaya qayıdır

“Barselona”nın sabiq futbolçusu Boyan Krkiç karyerasını yenidən Avropada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ABŞ-ın “Monreal İmpakt” klubunda forma geyinən 30 yaşlı hücumçu ilə Fransa “Sent-Etyen”i yaxından maraqlanır. Bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə, Krkiçin hazırda Fransada olduğu və “Sent-Etyen”lə danışıqlar apardığı bildirilir. Liqa 1 təmsilçisi ispan hücumçunu qışda azad agent kimi heyətinə qatmaq istəyir.

2019-cu ilin avqustundan “Monreal İmpakt”da çıxış edən Krkiçin müqaviləsi bu ilin sonuna qədərdir. Krkiç MLS klubunda 19 oyuna 4 qol vurub.

İspaniya yığmasında bir oyun keçirən hücumçu, karyerası ərzində “Barselona”, “Milan”, “Roma”, “Stok Siti” kimi klublarda çıxış edib.