“Barselona”ya baş məşqçi təyin olunanda nə edəcəyimi bilmirdim” – Setyen

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Setyen, Kataloniya klubundakı işindən ayrılmasına səbəb olan hadisəni də açıqlayıb:

“Əlbəttə, “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdə mənim də günahım var idi. Bir gün bu haqda daha ətraflı danışacam. Ancaq “Barselona”dan ayrıldıqdan sonra haqqımda qərarın “Bavariya” ilə oyundan əvvəl verildiyini öyrəndim.

“Barselona”ya baş məşqçi təyin olunanda nə edəcəyimi bilmirdim. Böyük bir klubla müqavilə imzalamışdım və sərəncamımda dünyanın ən yaxşı oyunçuları var idi. Bəlkə də, daha qəti addımlar ata bilərdim, amma bunun qısa zamanda komandaya kömək edəcəyini düşünmürdüm”.

Setyen bu ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya təmsilçisi avqustda Setyenlə yollarını ayırıb və baş məşqçi postuna Ronald Kumanı gətirib.