Valverde Fransa klubunun hədəfində

“Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde Fransada çalışa bilər.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispan mütəxəssis “Marsel” klubunda baş məşqçisi Andre Villaş-Boaş vəzifəsindən ayrılacağı təqdirdə, onun yerinə əsas namizəddir. Xəbərdə, portuqaliyalı mütəxəssisin yaxın zamanda “Marsel”dən ayrılacağı bildirilir.

“Marsel” Fransa Liqa 1-də 6-cı sıradadır.

Ernesto Valverde 2017-2020-ci illər aralığında “Barselona”nı çalışdırıb. 56 yaşlı mütəxəssis ötən ilin yanvarından işsizdir.