“Barselona”nın səviyyəsinə çatmaq istəyirik, amma…” – Sulşer

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona”ya 0:3 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, iki komanda arasında böyük fərq olduğunu deyib:

“Barselona”nın səviyyəsinə çatmaq istəyirik, amma hələ görüləcək çox işimiz var. Bunu bacardıqdan sonra “Barselona” ilə rəqabət apara bilərik.

Hədəflərimizə çatmaq üçün heyəti yeniləməliyik. Yayda bir çox transfer ediləcək. Artıq bunun üçün çalışmağa başlamışıq”.

46 yaşlı mütəxəssis, rəqibin hücumçusu Lionel Messi haqqında da danışıb:

“Messi inanılmaz bir futbolçudur. Meydanda olan bütün futbolçulardan fərqlidir. Bu oyunda da öz səviyyəsini göstərdi”.