“Barselona”nın futbolçusu “Arsenal”ın hədəfində

İspaniyanın “Barselona” klubunun qolkiperi Neto karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 31 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. London klubu Netonu Bernd Lenonun əvəzləyicisi olaraq görür. “Topçular” qolkiperi icarəyə götürməyi də istisna etmir. Məlumata görə, “Arsenal” Netonu cari mövsümdə icarəyə götürməyi və müqaviləsinə transfer hüquqlarını almaq maddəsini də daxil etməyi planlaşdırır.

Braziliyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla cəmi 9 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button