“Barselona”nın prezidentindən Qavi açıqlaması

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Qavi ilə müqavilənin uzadılması istiqamətində aparılan danışıqların gedişindən danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri danışıqların çox yaxşı getdiyini deyib:

“Danışıqlar çox yaxşı gedir. Biz Qavi və onun agenti ilə sövdələşmənin müzakirəsindəki irəliləyişdən məmnunuq”.

Daha əvvəl Kataloniya klubunun 17 yaşlı ispaniyalı futbolçuya 5 illik müqavilə təklif etdiyi bildirilirdi.

Qavi 2021/22 mövsümündə “Barselona”nın heyətində 47 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin