“Barsa”nın prezidentindən “Real”a atmaca: “VAR yalnız bir komandanı dəstəkləyir”

“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu VAR sistemini tənqid edib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Bartomeu, VAR-ın yalnız bir komandanı dəstəklədiyini bildirib:

“Bilbaodakı oyunun sonlarına baxdım. Həqiqətən, heç də xoş olmayan hisslər yarandı. Dünyanın ən yaxşı liqasındakı VAR bəzi oyunlara təsir edir. Görünür ki, bu sistem yalnız bir komandanı dəstəkləyir. Bir neçə komanda VAR-dan təsirlənib. Bu sistem hakimlərə kömək etməlidir, İspaniya Futbol Federasiyası ilə də danışmışıq, hamımız bu sistemin bəzi zamanlarda ədalətli olmadığını görmüşük”.

La Liqanın lideri “Real”ın “Atletik”lə Bilbaodakı matçında hakim 72-ci dəqiqədə VAR-a baxdıqdan sonra “kral klubu”nun lehinə penalti zərbəsi təyin edib. Penaltini yerinə yetirən Serxio Ramos görüşdə yeganə qolu vurub və “Real” qələbə qazanıb – 1:0. Madrid klubu La Liqada 77 xalla liderdir, “Barselona” isə 73 xalla 2-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button