“Barselona”nın prezidenti: “İki il ardıcıl eyni şey…”

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu Çempionlar Liqasının yarımfinalının “Liverpul”la cavab oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Bartomeu, 0:4 hesabıyla məğlub olduqları oyun haqda bunları deyib:

“Yenə eyni şey oldu, ötən mövsüm Romada yaşadıqlarımızın oxşarını yenidən yaşadıq. Azarkeşlər üçün nə qədər çətin olduğunu bilirəm.

Buraxdığımız 4-cü qol bizim üçün şok oldu. Futbolçular böyük səhvə yol verdilər. Ondan sonra komanda tükəndi. İki il ardıcıl eyni şey… Bərbad gecə idi.

Özümüzə gəlməliyik. Qarşıda kubok oyunumuz var. “Liverpul”a məğlubiyyəti izah etmək çətindir. Öz aramızda bunu danışacağıq. İndi qarşıdakı oyunlara baxmalıyıq”.

“Barselona” ilk oyunda “Liverpul”u 3:0 hesabıyla məğlub etsə də, cavab qarşılaşmasında 4 cavabsız qolla uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.

“Barselona” İspaniya kubokunun finalında, mayın 25-də “Valensiya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button