“Messi ilə bir neçə dəfə danışmışam və…” – Bartomeu

“Barselona”nın prezidenti Jozep Maria Bartomeu Lionel Messinin klubdakı gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan 56 yaşlı klub prezidenti, Messinin daha bir neçə il komandada qalacağını deyib:

“Messi ilə bir neçə dəfə danışmışam və uzun müddət komandada qalmaq istədiyini bilirəm. Bizimlə müqaviləsi olduğu üçün hələ “Barselona”da oynayacaq”.

Messinin “Barselona” ilə sözləşməsi 2021-ci ilin yayına qədərdir.