“Barselona”nın Neymara ehtiyacı yoxdur” – Açıqlama

“Barselona”nın keçmiş futbolçusu Xristo Stoiçkov PSJ-nin futbolçusu Neymarın “Barselona”ya mümkün qayıdışına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Neymarın “Barselona”ya lazım olmadığını deyib:

“Barselona”nın Neymara ehtiyacı yoxdur. Kataloniya təmsilçisinin hücum xəttində Lionel Messi, Luis Suares, Antuan Qrizmann və Osman Dembele kimi oyunçular var. Neymar “Barselona”ya gəlsə, harda oynayacaq?”

Neymar, 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button