“Neymarın “Barselona”ya transferi inanılmaz olardı”

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavi PSJ-nin futbolçusu Neymarın yenidən Kataloniya klubuna qayıtmasını istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Xavi “instagram”da Samuel Etoyla canlı yayımı zamanı deyib:

“Oyun baxımından şübhə yoxdur ki, Neymar dünyanın ən yaxşı üç və ya beş futbolçusundan biridir. Nəticə verməyi bacaran biridir. Ümid edirəm ki, “Barselona”ya qayıdar. Çünki komandanın ən yaxşı halını görmək istəyirəm. Neymar pozitiv adamdır və komandadakı atmosferə çox faydası olar. Neymarın “Barselona”ya transferi inanılmaz olardı”.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button