“Bu iki futbolçu “Barselona”ya gələndə hamı alqışlayırdı”

“Barselona”nın keçmiş prezidenti Xosep Maria Bartomeu Osman Dembele və Filippe Koutinyonun Kataloniya klubuna transferindən danışıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Bartomeu, bunları deyib:

“Dembele və Koutinyonun transferi? Böyük pullar qarşılığında transfer edilən bəzi futbolçular gözlənilən kimi olmadı. Futboldur, belə hallar olur. Bu iki futbolçu “Barselona”ya gələndə hamı alqışlayırdı.

Koutinyo Andres İnyestanın gedişinə görə gəldi. O, İngiltərə çempionatının ən yaxşı oyunçusu idi. Dembele isə Neymarın əvəzinə transfer edildi. Onun yaxşı bacarıqları var idi. Neymarı əvəz edə biləcək potensialda biri idi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button