Xavi “Barselona” haqda: “Bu, mənim xəyalımdır və gec-tez reallaşacaq”

“Barselona”nın keçmiş futbolçusu, hazırda Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, gələcəkdə “Barselona”nı çalışdırmaq istədiyini deyib:

“Qətərdə nə qədər qalacam? Bilmirəm, baş məşqçi karyeramda nələrin olacağını hələ bilmirəm. Düzdür, qışda “Barselona”ya getmək imkanım oldu. Ancaq hələ zamanı deyildi. Burda keçirdiyim zaman mənə xoşdur. Mövsümün sonunda “Barselona”ya gedəcəyimin nə dərəcədə real olduğunu deyə bilmərəm. Amma bu, mənim xəyalımdır və gec-tez reallaşacaq”.

Xavi 2019-cu ilin mayından “Əl Sədd”i çalışdırır. O, futbolçu karyerasında 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button