“Barselona”ya gələndə şok olmuşdum”

“Barselona”nın keçmiş baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan Setyen, Kataloniya klubundakı işiylə bağlı fikirlərini söyləyib:

“Barselona”nı çalışdırmağa razılıq vermişdim. Çünki bu, yeganə şansım idi. Kluba çətin dövrdə gəldim və seçimlərin yaxşı olmadığını bilirdim. Dünyanın ən yaxşı futbolçuları ilə işləməkdən kimsə imtina etməzdi.

“Barselona”ya gələndə şok olmuşdum. 40 illik karyeramda belə bir şeylə rastlaşmamışdım. Heç nə qaydasında getmirdi. Bu komandada əvvəl gördüyüm şeylər yox idi. Həqiqətən, çox təəccüblənmişdim. Nəticələr uğursuz oldu və səbəbkar kimi məni göstərə bilərlər. Məsuliyyətin bir hissəsi məndə idi, ancaq mənim yerimdə kim olsaydı, uğursuz olacaqdı”.

Setyen 2020-ci ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button