“Barselona”nın hücumçusu “Braqa”da

“Barselona”nın futbolçusu Abel Ruis karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu “Braqa” klubuna keçib.

Bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Abel bu komandada mövsümün sonunadək icarə əsasında forma geyinəcək. Lakin “Braqa” mövsümün sonunda Ruis üçün “Barselona”ya 8 milyon avro ödəməklə onu transfer etməlidi. Amma Kataloniya təmsilçisi növbəti 3 il ərzində futbolçusunu daha az məbləğə geri qaytarmaq hüququna sahibdi.

“Barselona”nın yetirməsi olan hücumçu bu mövsüm B komandası ilə 19 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button