“Biz müdafiədən oynayan komanda deyilik” – Buskets

“Barselona”nın futbolçusu Serxio Buskets İspaniya La Liqasının 26-cı turunda “Real”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Biz topla oynamağı sevən komandayıq. Bu xüsusiyyətlərə sahib olan heyətimiz var. Rəqib fərdi müdafiə olunduqda arxadan topu necə çıxaracağımızı bilmirik.

Biz müdafiədən oynayan komanda deyilik. Bəzən kimə top ötürəcəyinizi bilməyəndə risk etməli olursuz. Bunu da edən və yaxşı bacaran futbolçularımız var.

İlk hissəni çox yaxşı keçirdik, ancaq ikinci hissədə işlər dəyişdi. Qalib gəlsəydik, xal fərqi artacaqdı. İndi yenidən önə keçmək üçün çalışacağıq. Yolumuz uzundur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button