Buskets: “Düşdüyümüz vəziyyəti izah etmək çətindir”

“Barselona”nın futbolçusu Serxio Buskets Çempionlar Liqasında “Benfika”ya (Portuqaliya) uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Hazırda düşdüyümüz vəziyyəti izah etmək çətindir. Yaxşı oynaya bilmədik, çox tez qol buraxdıq. Fürsətlərimiz olur, dəyərləndirə bilmirik. Şanslardan istifadə edə bilmirsizsə, rəqib bundan istifadə edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button