“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı

“Barselona”nın futbolçusu Serxi Roberto koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan Roberto karantinə alınıb.

28 yaşlı futbolçunun səhhəti yaxşıdır.