“Barselona”nın futbolçusu seçim qarşısında: Ya “Everton”, ya da…

“Barselona”nın baş məşqçisi Ernesto Valverdenin planlarında yer almayan Malkom klubdan ayrılmağa hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu iki klubun transfer hədəfindədir. “Everton” Malkom üçün 40 milyon, “Zenit” isə 35+5 milyon avroluq təklif göndərib. Futbolçunun təzminat qiymətini 40 milyon avro olaraq müəyyənləşdirən katalonlar, hər iki təklifi uyğun hesab edərək, son qərarı Malkomun verməsini istəyib.

“Bordo”dan 41 milyon avro müqabilində transfer olunan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, “Barselona”nın heyətində iştirak etdiyi 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button