“Barselona”nın futbolçusu: “Avtomobilin pulunu siz verirsiz?”

“Barselona”nın futbolçusu Samuel Umtiti Kataloniya təmsilçisinin azarkeşləri ilə problem yaşayıb.

Komanda.az xəbər verir ki, fransalı müdafiəçi, məşqdən çıxarkən yolunu kəsən azarkeşlərlə üzləşib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Umtiti avtomobilini saxlayaraq fanatların yanına gedib və onlara “Nə etdiyinizi düşünürsüz? Avtomobilin pulunu siz verirsiz? Hörmətin nə olduğunu bilirsizmi?” deyə, söyləyib. Umtiti azarkeşlərin şəkil çəkdirmək istəyini də rədd edib.

Umtiti bu mövsüm “Barselona” ilə rəsmi oyuna çıxmayıb.