“Özümü bu vəziyyətdə qurban olaraq görmək istəmirəm” – Umtiti

“Barselona”nın futbolçusu Samuel Umtiti açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan fransalı müdafiəçi, yay transfer pəncərəsi dövründə “Lion”la danışıqlar apardığını bildirib:

“Lion”la əlaqələrimiz var idi və danışıqlar gedirdi. Ancaq “Barselona” mənə çox yüksək qiymət qoydu. Özümü bu vəziyyətdə qurban olaraq görmək istəmirəm. Zədələnmişdim, artıq sağalıram. Tez bir zamanda məşqlərə başlayıb, komanda yoldaşlarıma çatmaq məcburiyyətindəyəm”.

Umtitinin “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.