“Barselona”nın futbolçusu rəsmən Türkiyə klubunda

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi hollandiyalı müdafiəçi Mike van Beyneni heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Barselona”dan transfer olunan 20 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. Amma hollandiyalı oyunçu azad agent statusu aldığından, Türkiyə klubu Kataloniya təmsilçisinə heç bir təzminat ödəməyib.

Van Beynen daha öncə Hollandiyada “Villem II” və “NAK Breda” klublarında da forma geyinib.