“Real”da səviyyəmin kifayət qədər yüksək olmadığını dedilər” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Pedri açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan 17 yaşlı futbolçu, Kataloniya klubu haqda bunları deyib:

“Mənə ən çox məsləhət verən qardaşım və valideynlərimdir. “Barselona”da Ansu Fati ilə yaxşı əlaqələrimiz var, onunla yaxşı ünsiyyət qururuq. “Barsa”dan əvvəl Madriddə bir həftə keçirdim. “Real”da səviyyəmin kifayət qədər yüksək olmadığını dedilər. Sonra ofisə apardılar və mövqeyim haqda danışdılar. “Real”a təşəkkür edirəm, hazırda hər zaman olmaq istədiyim yerdəyəm”.

Pedri 2020-ci ilin yayından “Barselona”dadır. İspan yarımmüdafiəçi Kataloniya klubunda 10 oyunda 2 qol vurub.