Dembele özünə klub axtarır

“Barselona”nın futbolçusu Osman Dembele Kataloniya təmsilçisindən ayrılmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu artıq yeni klub axtarışındadır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Dembelenin menecerinin “Çelsi”, “Mançester Siti” və PSJ nümayəndələri ilə görüşəcəyi bildirilir.

2017-ci ildən “Barselona”da forma geyinən Dembelenin müqaviləsi 2022-ci ilin yayına qədərdir. Fransız futbolçu bu mövsüm 9 oyuna çıxıb.