“Bayern”dən qisas almaq istəyirik” – Depay

“Barselona”nın futbolçusu Memfis Depay Çempionlar Liqasında “Bayern”ə qarşı keçirəcəkləri qrup mərhələsi matçından əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı hücumçu, “Bayern”i məğlub edə biləcəklərini söyləyib:

“Bu oyuna psixoloji olaraq hazır olmalıyq. Qarşımızda 90 dəqiqə var və son dərəcə diqqətli olmalıyıq. “Benfika”nın matçının nəticəsinin də bizə faydası var. Amma biz öz oyunumuza köklənməli və matçı qazanmalıyıq.

“Bayern”dən qisas almaq istəyirik. Bəlkə də, bu oyun son şansımızdır. İstədiyimiz nəticəni əldə etmək üçün sona qədər çalışacağıq. Hər şey inanmaqla başlayır. Biz “Barselona”yıq”.

Sabah keçiriləcək “Bayern” – “Barselona” matçı saat 00:00-da başlayacaq.