“Barselona”nın hücumçusu Premyer Liqa klubunun hədəfində

“Barselona”nın futbolçusu Martin Breytveyt karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçuyla “Vest Hem” yaxından maraqlanır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Premyer Liqa klubunun Breytveyt üçün “Barselona” ya 17 milyon avro təklif etməyə hazır olduğu bildirilib.

Danimarkalı futbolçuyla “Everton” klubu da yaxından maraqlanır.

Bu ilin fevralında “Barselona”ya transfer olunan Breytveytin müqaviləsi 2024-cü ilin yayına qədərdir.