Ter Ştegen “el klasiko” haqda: “Zövq almağa çalışacağıq”

“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen La Liqanın 26-cı turu çərçivəsində “Real”la qarşılaşacaqları matç haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman qapıçı, “Santyaqo Bernabeu”da qələbə qazanmaq istədiklərini deyib:

“El klasiko” hamımız üçün xüsusi bir oyundur. Bu dövrün ən böyük oyununu oynayacağımızı bilirik. Bundan zövq almağa çalışacağıq.

Bu mövsüm çempion olmaq istəyirik. İnanıram ki, liderliyimizi son tura qədər saxlaya biləcəyik. Topu saxlamaq və qarşı tərəfə üstünlüyümüzü hiss etdirmək istəyirik. Bu oyunu qazanmaq bizim üçün vacibdir. Səfərə gedirik və qələbə qazanaraq geri qayıdacağımıza inanıram”.

Bu gün keçiriləcək “Real” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button