“Barselona” evim və ailəm oldu” – Ter Ştegen

“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan alman qapıçı, daha bir neçə il “Barselona”da qalmaq istədiyini deyib:

“Kamp Nou”da daha bir neçə il keçirtmək və titullar qazanmaq istəyirəm. “Barselona” evim və ailəm oldu. Həm meydanda, həm də meydandan kənarda burada olduğum üçün xoşbəxtəm. “Barselona”nın və mənim həmişəki istəyim 2014-cü ildən başlayan bu hekayənin davam etdirilməsi olub”.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. 28 yaşlı qapıçının hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button