Luis Suares: “Əvvəlki mövsümlərdə belə oynamağa öyrəşməmişdik”

“Barselona”nın futbolçusu Luis Suares La Liqanın 32-ci turunda “Selta”yla qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan uruqvaylı hücumçu, 2:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“İki vacib xal itirdiyimiz üçün məyusuq. Hələ qarşıda çətin oyunlarımız var. Səfər oyunlarında nə üçün xal itiririk? Məşqçilərin təhlil etməli olduqları şeylər var. Hiss edirəm ki, səfər oyunlarında vacib nələrisə etmirik və xal itiririk. Əvvəlki mövsümlərdə belə oynamağa öyrəşməmişdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button