“Neymar gəlsə, onu xoş qarşılayacağıq”

“Barselona”nın futbolçusu Luis Suares keçmiş komanda yoldaşı Neymarın yenidən Kataloniya təmsilçisinə mümkün keçidi haqda danışıb.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya açıqlama verən Suares, bunları deyib:

“Dünyadakı vəziyyəti nəzərə alsaq, indi bu haqda danışmaq çətindir. Əlbəttə, güclü futbolçularla bir komandada olmaq istəyərəm. Neymar gəlsə, onu xoş qarşılayacağıq. Çünki daha əvvəl də bizimlə oynayıb və yaxşı günlərimiz olub. Lautaro Martinesə gəldikdə isə, o, İtaliyada yaxşı işlər görüb. Sevinirəm ki, “Barselona” bizi daha da gücləndirəcək futbolçuları transfer etməyə çalışır”.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib. Braziliyalı hücumçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button